Azadsöz.az xəbər verir ki, Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.
Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.
M.Pənahovun sözlərinə görə, 2025-ci il yanvarın sonunda bütün bələdiyyələrin səlahiyyətləri başa çatır.