Azadsöz.az xəbər verir k, noyabrın 1-də Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü ilə əlaqədar Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov başda olmaqla mərkəzin əməkdaşları Göyçay şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsinə dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında davam edib.İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Elçin İsmayılov peşə bayramı münasibətilə kənd təsərrüfatı sahəsində çalışan və Dövlət Aqrar İnkişaf Mərkəzinin bütün əməkdaşlarını təbrik edərək işlərində yeni-yeni uğurlar arzulayıb.Elçin İsmayılov bildirdi ki, 09 oktyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilmişdir.
Bu gün ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafının nəzərdə tutulduğunu və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirildiyini vurğulayıb. Bu gün ölkəmizdə aqrar sahənin inkişafında, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində kənd təsərrüfatı işçilərinin əməyinin danılmaz olduğunu diqqətə çatdırıb.
Sonda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin bir qrup əməkdaşı kənd təsərrüfatının inkişafında göstərdikləri səmərəli iş fəaliyyətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunublar.
Səbuhi Eltonlu