Azadsöz.az xəbər verir ki, Salyan şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrikində elektrik naqilləri yanıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.