Azadsöz.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov İsmayılov Fəzayıl Elçin oğluna yeni vəzifə verib.
Əmrə əsasən, Fəzayıl İsmayılov Ucar Rayon Mərkəzi Xəstəxananın Publik Hüquqi Şəxsin tabeliyində olan Acil Şöbənin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Fəzayıl İsmayılov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılovun oğludur.
Xatırladaq ki, F.İsmayılov 2010-cu ildə Bogomdets National Medical Universitetinin müalicə işi fakültəsinə daxil olub, 2016-cı ildə Universiteti bitirib. 2016-2018-ci illərdə Kiyev Medical P.L.Şupika adına Akademiyada internatura keçib. 2018-2021 – ci ildə Kiyev Piroqov adına xəstəxanada Acil həkimi işləyib.
O, 2021-2023-cü ildə Ucar RMX PHŞ-da acil həkimi və 2023-2024-cü ildə Bakı şəhəri, Yasamal rayonunda “Yasamal Hospital”-da işləyib. 2023-2024-cü ildən bu vəzifəyədək İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında çalışıb.
Səbuhi Eltonlu