23 Noyabr 2024 03:02

Bakıda velosiped zolaqlarının uzunluğu 80 kilometrə çatdırılacaq

Azadsöz.az xəbər verir ki, paytaxtda 8 Noyabr prospektindəki zolaq da daxil olmaqla, 80 km mikromobillik şəbəkəsinin qurulması nəzərdə tutulur.

Bunu Azərbaycan Yerüstü və Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov bildirib.

O deyib ki, hazırda Bakıda 32 km uzunluğunda velosiped yolu çəkilib.

“Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasının növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq”, – deyə C.Məmmədov qeyd edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul