21 Noyabr 2024 17:57

Bakıda fəaliyyət göstərən iki kafedə saxta alkoqollu içkilər aşkarlandı-FOTO

Azadsöz.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30a ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsrəfilov Nadir Nuru oğluna məxsus “Qəbələ” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 1 ədəd 1 litrlik “Absolut Vodka” əmtəə nişanlı, 3 ədəd 0.5 litrlik, 3 ədəd 1 litrlik, 2 ədəd 0.7 litrlik “Banketnaya” əmtəə nişanlı, 4 ədəd 1 litrlik, 2 ədəd 0.5 litrlik, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı araq, 1 ədəd 1 litrlik ”Ballantines” əmtəə nişanlı, 2 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı, 2 ədəd 1 litrlik ”Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 1 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 0.5 litrlik, 1 ədəd 1 litrlik “Jagermeister” əmtəə nişanlı likyor məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Həmçinin Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 133 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəhmədov Murad Aydın oğluna məxsus “2/5 Mərtəbə” ictimai iaşə obyektində də yoxlama keçirilib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan, ümumilikdə 5 ədəd “Jack Daniels”, “Olmeca Tequila Silver”, “Olmeca Tequila Blanco” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Belə ki, qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib, bir qismində falqanın kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib.

Hər iki faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.


 

 

İstanbul trv istanbul travestileri