23 Noyabr 2024 11:49

COP29 üçün 60 təcili yardım briqadası ayrılıb

Azadsöz.az xəbər verir ki, hazırda 60 təcili yardım briqadası COP29 konfransı üçün ayrılıb. Bizim briqadalar 24 saat ərzində fəaliyyət göstərəcəklər.

Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

A.Nəsirov qeyd edib ki, 100-dən artıq həkim Təcili Tibbi Yardım xidmətinə işə götürülüb: “Onlar ilkin tibbi xidmət və ingilis dili ilə bağlı təlimlərə cəlb edilib. Bundan əlavə, əlavə ehtiyat briqadalar da yaradılıb. Bizim Çağrı Mərkəzində fəaliyyət göstərən personalı ingilisdilli komandayla əvəz etmişik”,- deyə A.Nəsirov qeyd edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul