22 Noyabr 2024 18:47

Göyçayda ağacəkmə aksiyasının keçirilməsi davam etdirilir-FOTO

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.

Oktyabrın 17-dən başlanan  ağacəkmə  aksiyası  bu gündə  davam etdirilib.Ağacəkmə aksiyası zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinin keçən hissəsində  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən təmizlik işləri aparılıb.

Əkilməsi  nəzərdə  tutulan  ağacların  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb. Daha  sonra 100 ədəd  şam  ağacı  əkilib, suvarılıb.

Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.

Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul