22 Noyabr 2024 22:28

Danimarka şirkəti Naxçıvanda külək elektrik stansiyası qurmaq istəyir

Azadsöz.az xəbər verir ki, Naxçıvanda Danimarkanın “Kapella Wind Energy” şirkəti yeni külək elektrik stansiyası qurmaq niyyətindədir.

Bunu  açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

O bildirib ki, bunun üçün müvafiq görüşlər keçirilib.

“Hazırda bu layihənin texniki-iqtisadi göstəriciləri araşdırılır”, – deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 5 su, 3 günəş, 1 külək və 1 külək-günəş hibrid elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına Naxçıvan Muxtar Respublikasında “yaşıl” enerjinin payı da aylar üzrə artır.

Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.

Belə ki, 2023-cü ilin doqquz ayında “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl” enerjinin hesabına təmin olunur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul