22 Oktyabr 2024 15:28

5 obyektdən oğurluq edən dəstə üzvləri saxlanıldı – FOTO

Azadsöz.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən 5 obyektdən oğurluq edən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, hadisə zamanı dəstə üzvləri tərəfindən əldə keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!