19 Oktyabr 2024 14:21

Göyçayda qəza baş verib, ölən və yaralananlar var

Azadsoz.az xəbər verir ki, dünən gecə saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində “QAZ-24” və “VAZ-2105” markalı avtomobillər toqquşub. 

Qəza  nəticəsində “VAZ-ın sürücüsü,  1993-cü il təvəllüdlü  rayonun  Qaraxıdır kənd sakini Kərimov Zamiq Ələsgər oğlu   hadisə yerində ölüb, “QAZ-24”ün sürücüsü, 1976-cı il təvəllüdlü  rayonun Yalman kənd sakini Abdullayev Aqil Telman oğlu və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

grandpashabet alefbahis istanbul travesti