Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd sakini, I Qarabağ müharibəsində şəhid olmuş İbrahimov Ceyhun Rəşid oğlunun anası İbrahimova Tamilla Rza qızı bu gün səhər saatlarında vəfat edib.
Şəhidimizin anası günorta saatlarında dəfn olunacaq.
Qeyd edək ki, faktı saytımıza Göyçay rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazim Həşimov təsdiq edib.
Xatırladaq ki, Ceyhun İbrahimov İkinci Ərəbcəbirli kənd səkkizillik orta məktəbdə təhsilini bitirdikdən sonra 58 saylı Texniki Peşə məktəbində Çilingər peşəsinə yiyələnib.
O, 1993-cü ilin oktyabrında hərbi xidmətə çağırılıb. 1994-cü ilin yanvarında Füzuli rayonunun Aşağı Əbdürrrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib.
Səbuhi Eltonlu