Azadsöz.az xəbər verir ki, Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.
Nəticədə “Chevrolet” markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.
Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.
Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.
Həmin görüntüləri təqdim edirik: oxu.az