Azadsöz.az xəbər verir ki, Göyçayda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılacaq.
Bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.
Rayonda birləşəcək bələdiyyələr aşağıdakılardır:
1. Alxasava, Aşağı Qaraməryəm və İnçə bələdiyyələrinin əhatə etdiyi Alxasava, Aşağı Qaraməryəm, Dövranlı və İnçə kəndlərində İnçə bələdiyyəsi.
2. Alpout, Bəydövül, Mırtı və Şəkər bələdiyyələrinin əhatə etdiyi Alıkənd, Alpout, Bəydövül, Qaraxıdır, Mırtı, Şəkər və Veysəlli kəndlərində Şəkər bələdiyyəsi.
3. Cəyirli, Kürdşaban və Qızılağac bələdiyyələrinin əhatə etdiyi Cəyirli, Kürdəmiş, Kürdşaban, Qızılağac, Qubadlı Şıxlı, Mollahacılı, Şəkili, Türkmən və Yenikənd kəndlərində Cəyirli bələdiyyəsi.
4. Çaxırlı və Məlikkənd bələdiyyələrinin əhatə etdiyi Çaxırlı, Məlikkənd, Şıxbəy və Şıxəmir kəndlərində Çaxırlı bələdiyyəsi;
5. Ərəbcəbirli və Şəhadət bələdiyyələrinin əhatə etdiyi Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Qarabağlar, Mirzəhüseynli və Şəhadət kəndlərində Ərəbcəbirli bələdiyyəsi.
6. Qaraman, Ləkçılpaq və Yalman bələdiyyələrinin əhatə etdiyi Qaraman, Ləkçılpaq və Yalman kəndlərində Ləkçılpaq bələdiyyəsi;
7. Mallı Şıxlı, Müskürlü və Yeniarx bələdiyyələrinin əhatə etdiyi Ərəbşahverdi, Hacıağabəyli, Xəlitli, Qəbələ Müskürlü, Mallı Şıxlı, Müskürlü və Yeniarx kəndlərində Yeniarx bələdiyyəsi.