Bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Naxçıvan MR-də birləşəcək bələdiyyələr aşağıdakılardır:

Naxçıvan şəhəri üzrə:

– Əliabad və Naxçıvan bələdiyyələrinin əhatə etdiyi Naxçıvan şəhərində və Əliabad qəsəbəsində Naxçıvan bələdiyyəsi;

– Qaraçuq, Qaraxanbəyli və Tumbul bələdiyyələrinin əhatə etdiyi Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərində Qaraçuq bələdiyyəsi.
 
Babək rayonu üzrə:

– Araz, Çeşməbasar, Güznüt və Nehrəm bələdiyyələrinin əhatə etdiyi Nehrəm qəsəbəsində və Araz, Çeşməbasar, Güznüt kəndlərində Nehrəm bələdiyyəsi;

– Aşağı Buzqov, Cəhri, Gərməçataq, Payız və Yuxarı Buzqov bələdiyyələrinin əhatə etdiyi Cəhri qəsəbəsində və Aşağı Buzqov, Gərməçataq, Gülşənabad, Payız, Yuxarı Buzqov kəndlərində Cəhri bələdiyyəsi;

– Babək, Hacıvar, Şəkərabad və Yarımca bələdiyyələrinin əhatə etdiyi Babək şəhərində və Badaşqan, Hacıvar, Şəkərabad, Yarımca kəndlərində Babək bələdiyyəsi;

– Didivar, Nəzərabad, Şıxmahmud və Yuxarı Uzunoba bələdiyyələrinin əhatə etdiyi Aşağı Uzunoba, Didivar, Xəlilli, Nəzərabad, Şıxmahmud və Yuxarı Uzunoba kəndlərində Şıxmahmud bələdiyyəsi;

– Göynük, Qahab, Naxışnərgiz və Nəhəcir bələdiyyələrinin əhatə etdiyi Göynük, Qahab, Naxışnərgiz, Nəcəfəlidizə və Nəhəcir kəndlərində Qahab bələdiyyəsi;

– Kərimbəyli, Kültəpə, Sirab və Zeynəddin bələdiyyələrinin əhatə etdiyi Kərimbəyli, Kültəpə, Sirab və Zeynəddin kəndlərində Sirab bələdiyyəsi;

– Məmmədrza Dizə, Məzrə və Vayxır bələdiyyələrinin əhatə etdiyi Xalxal, Kalbaoruc Dizə, Qaraqala, Məmmədrza Dizə, Məzrə  və Vayxır kəndlərində Vayxır bələdiyyəsi. 

Culfa rayonu üzrə:

– Bənəniyar və Əbrəqunus bələdiyyələrinin əhatə etdiyi Bənəniyar və Əbrəqunus kəndlərində Bənəniyar bələdiyyəsi;

– Camaldın, Ərəzin və Kırna bələdiyyələrinin əhatə etdiyi Camaldın, Ərəzin, Kırna və Qızılca kəndlərində Ərəzin  bələdiyyəsi;

– Culfa və Gülüstan bələdiyyələrinin əhatə etdiyi Culfa şəhərində və Gülüstan kəndində Culfa bələdiyyəsi;

– Dizə, Şurud və Yaycı bələdiyyələrinin əhatə etdiyi Dizə, Gal, Şurud və Yaycı kəndlərində Yaycı  bələdiyyəsi;

– Əlincə, Göydərə və Saltaq bələdiyyələrinin əhatə etdiyi Əlincə, Göydərə, Xoşkeşin və Saltaq kəndlərində Saltaq  bələdiyyəsi;

– Ərəfsə, Xanəgah, Qazançı, Ləkətağ, Milax və Teyvaz bələdiyyələrinin əhatə etdiyi Boyəhməd, Ərəfsə, Xanəgah, Qazançı, Ləkətağ, Milax və Teyvaz kəndlərində Milax  bələdiyyəsi.
 
Kəngərli rayonu üzrə:

– Böyükdüz, Xok və Yeni Kərki bələdiyyələrinin əhatə etdiyi Böyükdüz, Xok və Yeni Kərki kəndlərində Xok  bələdiyyəsi; 

– Çalxanqala, Xıncab və Qarabağlar bələdiyyələrinin əhatə etdiyi Çalxanqala, Xıncab, Qarabağlar  və Təzəkənd kəndlərində Qarabağlar bələdiyyəsi;

– Qabıllı, Qıvraq, Şahtaxtı və Yurdçu bələdiyyələrinin əhatə etdiyi Qıvraq qəsəbəsində və Qabıllı, Şahtaxtı, Yurdçu kəndlərində Qıvraq bələdiyyəsi.
 
Ordubad rayonu üzrə:

– Aşağı Əndəmic, Gənzə, Nüsnüs və Yuxarı Əndəmic bələdiyyələrinin əhatə etdiyi Anabad, Aşağı Əndəmic, Gənzə, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində Nüsnüs bələdiyyəsi;

– Aşağı Əylis, Dəstə və Yuxarı Əylis bələdiyyələrinin əhatə etdiyi Aşağı Əylis, Dəstə və Yuxarı Əylis kəndlərində Dəstə bələdiyyəsi;

– Aza, Azadkənd, Gilançay və Sabirkənd bələdiyyələrinin əhatə etdiyi Aza, Azadkənd, Baş Dizə, Darkənd, Gilançay və Sabirkənd kəndlərində Sabirkənd bələdiyyəsi;

– Biləv, Bist, Xurs, Nəsirvaz, Parağa, Parağaçay qəsəbə və Tivi bələdiyyələrinin əhatə etdiyi Ağdərə, Parağaçay qəsəbələrində və Behrud, Biləv, Bist, Ələhi, Xurs, Nəsirvaz, Nürgüt, Parağa, Tivi kəndlərində Biləv bələdiyyəsi;

– Çənnəb, Düylün, Qoşadizə və Üstüpü bələdiyyələrinin əhatə etdiyi Çənnəb, Düylün, Kələntər Dizə, Qoşadizə, Məzrə və Üstüpü kəndlərində Düylün bələdiyyəsi; 

– Dırnıs,  Kələki, Unus və Vələver bələdiyyələrinin əhatə etdiyi Anaqut, Başkənd, Dırnıs, Kələki, Qoruqlar, Pəzməri, Unus və Vələver  kəndlərində Dırnıs bələdiyyəsi;

– Xanağa və Vənənd bələdiyyələrinin əhatə etdiyi Ağrı, Dizə, Xanağa və Vənənd kəndlərində Vənənd bələdiyyəsi; 

– Ordubad və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Ordubad şəhərində, Şəhriyar qəsəbəsində və Kilit, Kotam kəndlərində Ordubad bələdiyyəsi.
 
Sədərək rayonu üzrə:

– Heydərabad, Qaraağac və Sədərək bələdiyyələrinin əhatə etdiyi Heydərabad qəsəbəsində və Qaraağac, Sədərək kəndlərində Sədərək bələdiyyəsi.
 
Şahbuz rayonu üzrə:

– Ağbulaq, Aşağı Qışlaq, Biçənək, Gömür, Kolanı və Yuxarı Qışlaq bələdiyyələrinin əhatə etdiyi Ağbulaq, Aşağı Qışlaq, Biçənək, Gömür, Kolanı və  Yuxarı Qışlaq kəndlərində Kolanı bələdiyyəsi;

– Ayrınc, Güney Qışlaq, Kükü, Qızıl Qışlaq, Mahmudoba və Nursu bələdiyyələrinin əhatə etdiyi Ayrınc, Güney Qışlaq, Kükü, Qızıl Qışlaq, Mahmudoba və Nursu kəndlərində Ayrınc bələdiyyəsi;

– Badamlı, Badamlı qəsəbə, Daylaqlı, Sələsüz, Şada, Şahbuz və Türkeş bələdiyyələrinin əhatə etdiyi Şahbuz şəhərində, Badamlı qəsəbəsində və Badamlı, Daylaqlı, Kiçikoba, Mərəlik, Sələsüz, Şada, Türkeş kəndlərində Şahbuz bələdiyyəsi;

– Keçili, Külüs və Şahbuzkənd bələdiyyələrinin əhatə etdiyi Keçili, Külüs və Şahbuzkənd kəndlərində Külüs bələdiyyəsi.
 
Şərur rayonu üzrə:

– Axaməd, Kərimbəyli, Kürçülü, Kürkənd və Maxta bələdiyyələrinin əhatə etdiyi Axaməd, Kərimbəyli, Kürçülü, Kürkənd, Qaraburc və Maxta kəndlərində Kürçülü bələdiyyəsi;

– Axura, Aşağı Yaycı, Dizə, Gümüşlü, Havuş, Həmzəli, Oğlanqala və   Yuxarı Yaycı bələdiyyələrinin əhatə etdiyi Axura, Aşağı Yaycı, Dizə, Gümüşlü, Havuş, Həmzəli, Oğlanqala, Şahbulaq və  Yuxarı Yaycı kəndlərində Dizə bələdiyyəsi;

– Alışar, Xələc, Qorçulu və Muğanlı bələdiyyələrinin əhatə etdiyi Alışar, Xələc, Qorçulu və Muğanlı kəndlərində Alışar bələdiyyəsi;

– Arbatan, Çəmənli, Çərçiboğan, Çomaxtur və Dərvişlər bələdiyyələrinin əhatə etdiyi Arbatan, Arpaçay, Babəki, Çəmənli, Çərçiboğan, Çomaxtur və Dərvişlər   kəndlərində Çərçiboğan bələdiyyəsi; 

– Aşağı Aralıq, Kosacan, Siyaqut və Yuxarı Aralıq bələdiyyələrinin əhatə etdiyi Aşağı Aralıq, Kosacan, Siyaqut və Yuxarı Aralıq kəndlərində Siyaqut bələdiyyəsi;

– Aşağı Daşarx, Dərəkənd, Yeni Havuş və Yuxarı Daşarx bələdiyyələrinin əhatə etdiyi Aşağı Daşarx, Dərəkənd, Xətai, Oğuzkənd, Yeni Havuş və Yuxarı Daşarx kəndlərində Daşarx bələdiyyəsi;

-Cəlilkənd, Düdəngə, Mahmudkənd və Zeyvə bələdiyyələrinin əhatə etdiyi Bəhruz Kəngərli, Cəlilkənd, Düdəngə, Günnüt, Mahmudkənd və Zeyvə kəndlərində Düdəngə bələdiyyəsi; 

– Danyeri, Püsyan və Tənənəm bələdiyyələrinin əhatə etdiyi Danyeri, Püsyan, Tənənəm və Təzəkənd kəndlərində Püsyan bələdiyyəsi;

– Ələkli, Xanlıqlar və Vərməziyar bələdiyyələrinin əhatə etdiyi Ələkli, Xanlıqlar, Stansiya Daşarx və Vərməziyar kəndlərində Xanlıqlar bələdiyyəsi;

– Ərəbyengicə, İbadulla, Qarahəsənli, Qışlaqabbas və Tumaslı bələdiyyələrinin əhatə etdiyi Diyadin, Ərəbyengicə, İbadulla, Qarahəsənli, Qışlaqabbas, Tumaslı və Vayxır kəndlərində Qışlaqabbas bələdiyyəsi;

– Qarxun, Məmmədsabir, Muğancıq Mehrab və Sərxanlı bələdiyyələrinin əhatə etdiyi Qarxun, Məmmədsabir, Muğancıq Mehrab, Muğancıq Müslüm və Sərxanlı kəndlərində Qarxun bələdiyyəsi;

– Şəhriyar, Şərur və Yengicə bələdiyyələrinin əhatə etdiyi Şərur şəhərində və Şəhriyar, Yengicə kəndlərində Şərur bələdiyyəsi.