16 Oktyabr 2024 18:23

Balıq idxalına gömrük rüsumu tətbiq ediləcək – QƏRAR

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, 30 iyun 2026-cı ilə qədər Azərbaycana idxal olunacaq bir sıra diri və soyudulmuş balıq növlərinə 15 %-lik gömrük rüsumu tətbiq ediləcək, eləcə də təhlükəsizlik məqsədi daşıyan ayaqqabıların idxalına tətbiq olunan 15 %-lik gömrük rüsumu 1 cüt üçün 9 ABŞ dolları ilə əvəzlənəcək.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

grandpashabet alefbahis istanbul travesti