TƏBİB-dən “Azadsöz.az”a bildirilib ki,16.10.2024-cü il tarixində saat 09:00 radələrində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.
Məlumata görə, ona dəqiqləşdirilməmiş hipoteniziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.
13:04
O, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, xəstəxanada vəfat edib.
Xatırladaq ki, şəhidimizin atasıbir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.