23 Noyabr 2024 04:57

Bəzi yerlərdə şimşək çaxıb və leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Azadsöz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən, əvvəlcədən bildirildiyi kimi, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb və aralıqla leysan xarakterli güclü yağışlar müşahidə edilib. Yağıntılar əsasən şərq rayonlarında intensiv olub.

Yağıntının miqdarı Sabirabadda 57 mm, Lənkəranda 47 mm, Cəfərxanda 23 mm, Astara və Neftçalada 5 mm, Qrız, Yardımlı, İsmayıllı, Şahdağ, Mingəçevir, Altıağac, Xaçmaz, Xaltan, Oğuz, Qəbələ, Şəki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şamaxı, Quba, Qusar, Şabran, Goranboy, Yevlax, Göyçay, Zərdab, İmişli, Şirvan, Bərdə, Biləsuvar, Xınalıq və Lerikdə isə 3 mm-dək olub. Bakıda və Abşeron yarımadasında Neft Daşlarında 9 mm, Pirallahıda 2 mm, Çilov adası, Maştağa və Binədə 1 mm-dək yağış yağıb.

Şəmkir, Naftalan, Göygöl, Balakən, Daşkəsən, Lerik, Qrız, Tərtər, Göyçay, Şəki, Qax, Qobustan, Quba, Qusar, Qəbələ, Xınalıq və Xaltanda duman müşahidə edilib.

Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 21 dərəcə, Naxçıvan MR-da 29 dərəcə, Aran rayonlarında 26 dərəcə, dağlıq rayonlarda isə 18 dərəcəyədək qeydə alınıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul