11 Oktyabr 2024 02:38

Bakıda 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edildi

Azadsöz.az xəbər verir ki, Bakının Mərdanov qardaşları küçəsində 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, həmçinin Agentlik paytaxtın Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatıb.

Bildirilir ki, bundan başqa, Bakının Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrindəki parklanma məntəqələrində 5 yeni məlumat lövhəsi yol nişanı quraşdırılıb.

grandpashabet alefbahis istanbul travesti