Azadsoz.az xəbər verir ki, hadisə Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verib. Salyan sakini, 38 yaşlı Ruslan Nəcəfov idarə etdiyi “VAZ 21015” markalı avtomobildə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.