23 Noyabr 2024 00:45

Sabir Hacıyev və Məzahir Əfəndiyev Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçiliblər

Azadsoz.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilənlər siyahısında  deputatlardan  Sabir Hacıyevin və Məzahir Əfəndiyevin adları da yer alıb.

Hacıyev Sabir Kamal oğlu Azərbaycan – Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Əfəndiyev Məzahir Cavid oğlu isə  Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçiliblər.

Qeyd  edək ki, Sabir Hacıyev  91 saylı Göyçay seçki dairəsindən,  Məzahir Əfəndiyev isə  92 saylı Göyçay-Ağdaş  seçki dairəsindən Milli Məclisə deputat seçiliblər.


Səbuhi Eltonlu 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul