Azadsoz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 2 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 1 tapança və 7 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.