08 Oktyabr 2024 16:30

Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kq marixuana aşkarlandı

Azadsöz.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar. Onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
grandpashabet alefbahis istanbul travesti