Azadsöz.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.
Belə ki, Bəlləbur kənd sakini 1993-cü il təvəllüdlü Elgün Rza oğlu Rzazadə işlədiyi emalatxanada yıxılıb. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Vəziyyəti ağır olan E. Rzazadə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həyatını itirən Elgün Rzazadə Vətən müharibəsi iştirakçısı olub və Şuşa uğurunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə medalla təltif olunmuşdu. Faktla bağlı araşdırma aparılır.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirilib ki, 07.10.2024-cü il tarixində saat 15:05 radələrində Lənkəran rayonu Bəlləbur kəndində baş vermiş bədbəxt hadisə nəticəsində 1 nəfər (kişi cinsli) şəxs sağ mil sümüyünün distal ucunun sınığı, kürəy sümüyünün sınığı, qapalı kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Qeyd edək ki, bütün reanimasyon tədbirlərə baxmayaraq yaralının həyatını xilas etmək mümükün olmayıb./apa