Azadsöz.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
27 yaşlı müdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin “Malmö” ilə oyununda (1:2) zədə alıb.
Aparılan müayinədən sonra onun çanaq əzələsində dartılma müəyyən edilib.
Qeyd edək ki, B.Mustafazadə zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb.