05 Oktyabr 2024 03:20

Azərbaycanda tanınmış alim vəfat etdi

Azadsöz.az xəbər verir ki, fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsinin müdiri Həsən Əsgərov ötən gün 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış alim H.Əsgərov 9 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olub. O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun iştirakı və rəhbərliyi altında institutda qısa bir müddətdə patent xidməti yaradılıb.

Həsən Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif edilib.

 

grandpashabet alefbahis istanbul travesti