22 Noyabr 2024 05:43

Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlandı

Azadsöz.az xəbər verir ki, yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  bildirilib ki, Quba Rayon Polis Şöbəsinin, eləcə də ETSN-ın 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu istiqamətdə rayonun Vəlvələ kəndində birgə tədbir keçiriblər.

Qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.

 

İstanbul trv istanbul travestileri