08 Oktyabr 2024 16:33

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.


grandpashabet alefbahis istanbul travesti