10 Oktyabr 2024 00:27

Şəmkirdə 8 otaqlı ev yandı

Azadsöz.az xəbər verir ki, rayonunun Çinarlı qəsəbəsində Niyaməddin  Abbasova məxsus 8 otaqlı evdə  yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Evin qalan hisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

grandpashabet alefbahis istanbul travesti