Azadsöz.az xəbər verir ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 479, bakalavriat səviyyəsi üzrə isə 1 002 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.