Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir şəhidimiz Pərvin Məmmədovun şəhadətə qovuşmasından dörd il ötür.
Pərvin Rza oğlu Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub.Həqiqi hərbi xidmət başa vurduqdan sonra 2014-cü ildə Urfanə xanımla ailə həyatı qurur.Bu evlilikdən onların 2016-cı ildə Ləman, 2019-cu ildə Zəhra adlı qız övladları dünyaya gəlir.Pərvin Məmmədov 2017-ci ildə “Gizirlik hazırlıq kursu” na qəbul olur, həmin kursu bitirərək Gizir rütbəsi alıb, vətənə layiqli xidmətə başlamışdır.
Şəhidimizin xanımı Urfanə Məmmədova Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirib ki, Pərvin Məmmədovun evlə danışığı 1 oktyabr 2020-ci il tarixində olub.
“Telefonun enerjisi bitmişdi.Özümüzdən və uşaqlar əmanəti və inşallah sağlıq olsun yaxın günlərdə gələcəm. Ürəyini sıxma olar ki, gəlmərəm başını dik tut sən bacaracaqsan mən özüm kimi sənə arxayınam övladlarımız sənə əmanət”- sözlərini şəhidimiz dediyini bildirib.
Azərbaycan Silahlı Qüvvələrin giziri olan şəhidimiz 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.Oktyabrın 2-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Göyçayda Yeniarx kənd qəbirstanlığında dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Səbuhi Eltonlu