30 Sentyabr 2024 01:30

Yardımlıda orta məktəbdə yanğın olub

Azadsöz.az xəbər verir ki, rayonunun Gavran kəndində birmərtəbəli orta məktəb binasında yanğın olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Yardımlı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 500 m² olan birmərtəbəli orta məktəb binasının (fəaliyyət göstərməyən) yanar konstruksiyaları 250 m² sahədə və 2 ton ot bağlaması yanıb. Məktəb binasının və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

grandpashabet alefbahis istanbultrv