Azadsöz.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.
Digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluqda şübhəli bilinən Bakı sakini Səbuhi Zülfüqarov da saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.