Azadsöz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 24-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb. Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. Göygöl, Lerikdə duman müşahidə olunub.