23 Sentyabr 2024 21:18

1242 mina, 941 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan  verilən məlumata görə, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74 , tank əleyhinə 168 mina və 941 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 968.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com