Azadsöz.az xəbər verir ki, Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini xanım Şen Yinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edərək Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovla görüşüb.
Görüş zamanı V. Ələsgərov ziyarətçilərə Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli mühit haqqında geniş məlumat verib. Belə ki, o, Ələt Azad İqtisadi Zonasının əlverişli coğrafi mövqeyi, unikal qanunvericilik bazası, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis və kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri və investorlara təklif edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında qonaqları məlumatlandırıb.