23 Noyabr 2024 05:17

Yada salın məni də…adlı ədəbi- bədii görüş keçirilib

Azadsöz.az  xəbər  verir  ki,Göyçay rayonunda nəğməkar şair Abil İslam yaradıcılığına həsr olunmuş “Yada salın məni də” adlı ədəbi- bədii görüş keçirilib. Tədbir Göyçay rayon Mirzə Ələkbər adına Mərkəzi Kitabxanada təşkil edilib. Görüşdə   böyük musiqiçisi, xanəndə Yaqub Mürsəlov, qarmon ifaçısı Rauf Mürsəlov,  Bioloji Təbabət kilinikasının Göyçay şöbəsinin direktoru Aydın Mehdiyev, rejisor- senarist Əhliman Qafarov, Azadsöz.az saytının xüsusi müxbiri Gülşən Muradova,  müstəqil jurnalist Günel İsayeva, tərcüməçi Mürsəl Zamanov,  kitabxana kollektivi ilə yanaşı, tanınmış musiqiçilər, ziyalılar və gənc sənətsevərlər iştirak edib.

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışçılar növbə ilə şairin həyat və yaradıcılığından bəhs edib, şeirlərini səsləndiriblər. Eyni zamanda regionun böyük musiqiçisi, xanəndə Yaqub Mürsəlov, qarmon ifaçısı Rauf Mürsəlov da iştirak edərək tədbiri milli musiqi havaları ilə müşaiət ediblər. Nəğməkar şair xatirə qalsın deyə imzalı “Tələsmə hələ” adlı kitabını kitabxanaya və iştirakçılara hədiyyə edib. Görüş gününün sonunda tədbir iştirakçıları xatirə şəkili çəkdirib.

Qeyd edək ki, şair, jurnalist, fotoreportyor Abil İslam üç şeir kitabının müəllifidir.
Müxtəlif bəstəkarlar tərəfindən sözlərinə 218 mahnı bəstələnib. Mahnılarını İslam Rzayev, Cavan Zeynallı, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Əli Mirəliyev, Zümrüd Məmmədova, Nüşabə Ələsgərli kimi ifaçılar tərəfindən ifa olunub. Əksər mahnıları Azərbaycan Dövlət Radiosunun “Qızıl Fondu”nda saxlanılır.
Abil İslam Həsən bəy Zərdabi diplomuna və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.

Ankara escort İstanbul Travesti Shemale İstanbul