Azadsöz.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları, yaxud 1,2 % artaraq 77,01 ABŞ dolları olub.
“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,35 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.