21 Sentyabr 2024 09:37

Xaçmazda talvar və ot bağlaması yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonun  Əzizli kəndində yanğın hadisəsi  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Xaçmaz  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 28 m² olan talvarın yanar konstruksiyaları, altında yığılan 8 ton ot bağlamasının 5 tonu və bitişik sahəsi 28 m² olan tövlənin dam örtüyünün taxta atmaları 20 m² sahədə qismən yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com