Azadsöz.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəbin direktoru Təranə Qasımova işdən çıxıb.
O, öz ərizəsi ilə vəzifəsindən ayrılıb. Yerinə isə müvəqqəti olaraq Təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Əkbərova gətirilib.
Qeyd edək ki, Təranə Qasımova 2014-cü ildən 106№-li tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub.