20 Sentyabr 2024 04:45

Tovuzda qəbiristanlıqda yanğın olub

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndi ərazində qeydə alınıb.

Yanğın kənd qəbirstanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin yanğın söndürmə maşınları və canlı qüvvəsi cəlb olunub.

Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır./apa

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com