Azadsöz.az xəbər verir ki, bu gündən Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Nazirliyi (AYNA) məlumat yayıb.
Məlumatda bildirilir ki, “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti bu gündən sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək.