Azadsöz.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyi fərdi mobil daşıyıcıların, o cümlədən elektrikli skuterlərin və elektrikli velosipedlərin qeydiyyata alınmasını təklif edən qanun layihəsini təqdim edib.
Normativ hüquqi aktlar portalında yerləşdirilmiş sənədə görə 2026-cı il sentyabrın 1-dən alış tarixindən on gün ərzində sözügedən vasitələri yeni yaradılmış federal reyestrdə qeydiyyatdan keçirmək lazımdır.
Sənəddə həmçinin deyilir ki, artıq bu vasitələrə sahib olan ruslar onları 2027-ci il martın 1-dək qeydiyyatdan keçirməlidirlər.
Nazirlik belə yeniliklərin yol hərəkəti qaydalarının pozulmasına görə cəzanın labüdlüyünü təmin etmək, eləcə də yol hərəkəti təhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə edildiyini vurğulayıb.