Azadsöz.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu 23 yaşlı hücumçusu Nikolas Ceksonla müqavilə yeniləyib.
Məlumatı klubun rəsmi saytı yayıb.
Cekso müddəti 2033-cü ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Xatırladaq ki, seneqallı futbolçu “Çelsi”yə ötən yay “Vilyarreal”dan transfer olunub. O vaxtdan bəri “zadəganlar”ın forması ilə bütün turnirlərdə 47 matça çıxan afrikalı forvard 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.