22 Noyabr 2024 11:12

Bu “iPhone”lar bloklanacaq

Azadsöz.az xəbər verir ki, “Apple” oğurlanmış hissələrdən hazırlanmış “iPhone”ları bloklayacaq.

Bu haqda “BetaProfiles” məlumat yayıb.

Bildirilib ki, tərtibatçılar üçün əlçatan olan iOS 18 RC (Release Candidate) quruluşunda yeni təhlükəsizlik funksiyası aşkar edilib.

“BetaProfiles”in izah etdiyi kimi, başqa bir “iPhone”dan qeyri-qanuni olaraq götürülmüş hissə “Apple” smartfonuna quraşdırılarsa, cihaz uzaqdan bloklana bilər.

Belə ki, digər batareyanı telefonunuza daxil etsəniz, ekranda “Batareya sahibinə kilidləndi” mesajı görünəcək. Yeni funksiya təkcə batareyaya deyil, həm də ekrana, kameraya və digər elementlərə aiddir.

İstanbul trv istanbul travestileri