23 Noyabr 2024 04:29

MSK Cəbrayıl-Qubadlı seçki dairəsindən daxil olan müraciəti araşdırıb

Azadsöz.az xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən MSK-ya daxil olan müraciət araşdırılıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Fuad Orucovun təqdimatına əsasən, quruma müraciət edən qeydə alınmış namizəd dairənin 4 seçki məntəqəsinin formalaşdırılması zamanı qanun pozuntularına yol verildiyini, seçki məntəqələrinin artırılması ilə bağlı namizədə məlumat verilmədiyini iddia edib:

“Araşdırma zamanı müəyyən edilib ki, 81-82 saylı məntəqələr Cəbrayıl rayonu ərazisində yaradılıb və bu barədə məlumat lövhələrində qeyd yerləşdirilib. 83 və 84 saylı seçki məntəqələri isə müvəqqəti seçki məntəqələri olduğundan Təqvim planında nəzərdə tutulmuş vaxtda təşkil edilib. Beləliklə, namizədin şikayəti əsassız hesab edildiyindən təmin olunmayıb”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul