Azadsöz.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb.
Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“3 il ərzində Bakı metrosuna 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirməlidir. Bu qatarların 7-si 2024-cü ildə çatıdırılmalıdır. Yeni gətirilmiş 2 qatarın tənzimləmə-sınaq işləri müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra həyata keçiriləcək. Növbəti aylarda da gətiriləcək qatarlarla metropolitendə “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində qatarların böyük əksəriyyətini yeni nəsil qatarlar təşkil edəcək”, – deyə o qeyd edib.