Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Xəlitli kənd Fuad Məmmədov adına ümumi orta məktəb baxımsız və qəzalı vəziyyətdədir.Məktəbin qəzalı vəziyyətdə olduğunu əks etdirən fotoları ictimai fəal Yusif Rəsul özünün facebook hesabında paylaşıb.
Məktəbin sinif otaqlarına və dəhlizinə ayaq basıb gəzmək belə təhlükəlidir. Bütün döşəmələr çürüyüb, sinif otaqlarının partaları, pilləkənlər, qapı və pəncərələr yararsız vəziyyətə düşüb, tavan hissələri isə çökmək üzrədir. Belə bir vəziyyətdə bu məktəbdə tədrisin normal şəraitdə keçirilməsi sual doğurur.Pedaqoji kollektiv və şagirdlər görünür 2024-2025-ci tədris ilini yenə bu qəzalı məktəbdə keçirməli olacaqlar.
İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon Şöbəsi məsələyə aydınlıq gətirəcək.
Qarşı tərəfini mövqeyini dərc etməyə hazırıq.
Səbuhi Eltonlu