Azadsöz.az xəbər verir ki, 13 avqust 2024-cü il tarixində səhhəti ilə əlaqədar öz istəyilə vəzifəsindən azad olunan Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi ( bölmə rəhbəri) Əsgərov Əli Məhəmməd oğlu yenidən öz işinə qayıdıb.
Qeyd edək ki, Əli Əsgərovun vəzifə səlahiyyətlərini müvvəqqəti icra etmək 13 avqust tarixindən 12 sentyabr tarixinə kimi Şəfiyev Fikrət Sənan oğlu həvalə olunmuşdur.
Xatırladaq ki, Fikrət Şəfiyev Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifəsini icra edəcək.
Səbuhi Eltonlu