Azadsöz.az xəbər verir ki, cari ilin 6 ayında Azərbaycana qoyulan birbaşa investisiyanın həcmi 3 milyard dollar təşkil edib.
Bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə deyib.
S.Nəsirov bildirib ki, Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə 998 milyon dollar olub.